“Dağlıq Qarabağdakı hadisələrdən sonra Rusiyadakı erməni və Azərbaycan diasporları arasında münaqişə baş verməyəcək. Hər iki diaspor özünü çox məsuliyyətli aparır”.

Bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

Rusiya prezidentinin mətbuat katibi ölkəsində yaşayan erməni və azərbaycanlıların Rusiya ictimaiyyətinin hörmətli üzvləri olduqlarını vurğulayıb: “Uğurlu ermənilər və azərbaycanlılar Rusiyanın imkanlar ölkəsi olduğunu gözəl nümayiş etdirirlər. Onların hamısı cəmiyyətin hörmətli və məsuliyyətli üzvləridirlər, hansılar ki, burada Rusiya Federasiyasının qanunlarının rəhbər tutulmalı olduğunu yaxşı anlayırlar”.

.