Rusiya və Ukrayna danışıqların üçüncü raundunun tarixini birlikdə müəyyənləşdirəcək.

Bunu Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində jurnalistlərə açıqlama verən Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib:

O, danışıqların üçüncü raundunun tarixinin birgə şəkildə müəyyən ediləcəyini bildirib.

“Bunu Rusiya və Ukrayna müəyyən edəcək”, - Peskov əlavə edib.

Xatırladaq ki, Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu 18–21 iyun tarixlərində keçirilir.

.