
Kreml Rusiya-Ukrayna və İran-İsrail münaqişələri arasında paralellərin aparılmasını yersiz hesab edir.
Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, İsrailin İrana zərbələrinin başlaması tamamilə səbəbsiz olub.
"Xüsusi hərbi əməliyyatın başlamasına gəlincə, bunun səbəbi hamıya yaxşı məlumdur. Yəqin ki, bunu təkrarlamaq olar, lakin bu, bir neçə onilliklər əvvəl NATO-nun öz hərbi infrastrukturu ilə sərhədlərimizə yaxınlaşmağa başlaması, NATO ölkələrinin Kiyevdə silahlı qanlı çevrilişə sponsorluq etməsindən sonra başlayan kifayət qədər uzun hekayədir", - Kremlin sözçüsü vurğulayıb.
.