
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov İstanbulda Rusiya-Ukrayna danışıqlarının üçüncü raundunun nə vaxt keçiriləcəyinə aydınlıq gətirib.
Kremlin sözçüsü İstanbulda Rusiya-Ukrayna danışıqlarının üçüncü raundunun tarixinin əsirlərin mübadiləsi başa çatdıqdan sonra müəyyənləşəcəyini söyləyib.
Qeyd edək ki, Moskva ilə Kiyev arasında İstanbul danışıqlarının birinci raundu bu ilin may 16-da, ikinci raundu isə iyunun 2-də baş tutub.
.