Moskva Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna ekspertlər qrupunun işinin bu həftə davam edəcəyinə ümid edir.
Rusiya KİV-i xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Ekspertlər səviyyəsində işlərin davam edəcəyini gözləyirik və o, həftə ərzində baş verəcək", - o vurğulayıb.
Daha əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski də üçtərəfli danışıqların bu həftə davam edəcəyini təsdiqləmişdi.
Qeyd edək ki, yanvarın 23-24-də Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında təhlükəsizlik məsələləri üzrə üçtərəfli işçi qrupunun ilk iclası keçirilib.
.
