Kreml Qazaxıstanda Rusiya bazarını tərk etmiş xarici şirkətlərin relokasiyası üçün şərait yaradılmasında hər hansı risk görmür.

TASS xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov açıqlama verib.

Peskov Qazaxıstan xarici şirkətləri cəlb etmək istəyini “tamamilə təbii” adlandırıb.

O, bir çox şirkətlərin Rusiyada təzyiqlər səbəbi ilə fəaliyyətini dayandırmalı olduğunu xatırladıb.

Qeyd edək ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Rusiyanı tərk edən şirkətləri ölkəsinə cəlb etmək üçün göstəriş verib.

.