Rusiya Prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriyevin ötən həftə sonu Mayamidə amerikalı həmkarları ilə danışıqları müsbət və konstruktiv olub.
Bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.
O, Mayami görüşünün təfərrüatlarını açıqlamayıb.
"Burada heç bir detal olmayacaq. Qiymətləndirmələri eşitdiniz. Onlar ümumilikdə hər iki tərəfdən konseptual olub, həm Dmitriyev, həm də Uitkoffun qiymətləndirmələri. Bunlar kifayət qədər müsbət və konstruktiv danışıqlar olub", - Kremlin sözçüsü vurğulayıb.
.
