“Rusiya Silahlı Qüvvələrinin Radiasiya qoşunlarının rəisi İqor Kirillov və köməkçisi İlya Polikarpovun ölümü ilə nəticələnən terror aktının sifarişçiləri bizə məlumdur”.
Bunu jurnalistlərə Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
O bəyan edib ki, hazırda ölkəsi həmin hadisənin sifarişçiləri ilə mübarizə aparır. Bununla yanaşı, D. Peskov baş verən hadisədə üçüncü ölkələrin əlinin olması barədə sualı cavablandırmayıb:
“Hazırda istintaq gedir və mütəxəssislər kifayət qədər effektiv iş aparır. Hadisədən çox zaman keçməyib, amma hər şey artıq məlumdur. Hesab edirəm ki, bu terror olayının bütün detallarının üstü açılacaq”.
.