
Moskva Ukrayna münaqişəsinin nizamlanmasına dair memorandum təkliflərini yaxın günlərdə Kiyevə verəcək.
Rusiya KİV-i xəbər verir ki, bu barədə Rusiya Federasiya Şurasının sədr müavini Konstantin Kosaçyov bildirib.
“Bu memorandum üzərində iş gedir, o, son mərhələdədir... Amma məncə, çətin ki, onlar hazırkı mərhələdə ictimaiyyətə açıqlansın. Axı, bu, danışıqlar prosesidir, özü də çox mürəkkəb, bir çox cəhətdən çox incə prosesdir”, - o deyib.
Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putinin ABŞ lideri Donald Trampla telefon danışığından sonra Moskvanın Kiyevlə gələcək sülh müqaviləsi üzrə memorandum üzərində işləməyə hazır olduğunu, orada həmçinin atəşkəs və münaqişənin həlli prinsiplərinin əks olunacağını bəyan etmişdi.
.