
Müğənni Ebru Gündeş Türkiyə Un Sənayeçiləri Federasiyasının Antalyada təşkil edilən 12-ci Beynəlxalq Konqresi və Sərgisində səhnəyə çıxıb.
Axşam.az "Hürriyet”ə istinadən xəbər verir ki, martın 19-da iş adamı həyat yoldaşı Rza Zərrab Mayamidə həbs olunan Ebru konsertə Amerikadan gəlib. O, həyat yoldaşının şəxsi təyyarəsi ilə Antalya hava limanına enib. Otellərin birində baş tutan konsertə media nümayəndələri buraxılmayıb.
Transparan libasda mikrofon arxasına keçən Ebrunu konqres iştirakçıları dinləyib.
.