Konqo Demokratik Respublikasının şərqində mədənin çökməsi nəticəsində azı 227 nəfər həlak olub.

Bu barədə “Reuters“ agentliyi məlumat yayıb.

Məlumata görə, hadisə Şimali Kivu əyalətində, Rubaya şəhəri yaxınlığında baş verib. Ölənlərin sayının arta biləcəyi bildirilir.

Qeyd olunur ki, sözügedən mədəndə dünya üzrə yüksək tələbat olan koltan hasil edilir.

.