
Kollec məzunu olan müəllimlərin sertifikasiya imtahanlarında nəticələri aşağıdır.
Bunu elm və təhsil naziri Emin Əmrullayev ADA Universitetində “Sertifikatlaşdırma 2025: peşəkar müəllim-keyfiyyətli təhsil" mövzusunda keçirilən tədbirdə deyib.
Nazir bildirib ki, bu səbəbdən də bir müddətdir kolleclərdə "Müəllimlik" ixtisası üzrə hazırlıq dayandırılıb.
“Vaxtilə kolleclərdə aparılmış müəllim hazırlığının mənfi nəticələrini biz hiss edirik”, - nazir əlavə edib.
.