Aparılan sorğular və tədqiqatlar nəticəsində məlum olub ki, sahibkarlığın maliyyə resurslarına əlçatanlığı problemləri hələ də mövcuddur.

Bunu Azərbaycan Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədrinin müavini Mehman Abbas "Pandemiya sonrası perspektivlər: Rəqəmsallaşmağa doğru" mövzusuna həsr edilmiş 10-cu Azərbaycan Mikromaliyyə Konfransında deyib.

Onun sözlərinə görə, Dünya Bankının və Avropa Yenidənqurma və İnkişaf Bankının hesabatları bu faktı təsdiqləyir: "Sahibkarlar tərəfindən qaldırılan əsas problemlər banklarda olan yüksək faiz dərəcələri və regionlarda girov təminatı məsələləridir".

.