Gürcüstanın Baş naziri İrakli Kobaxidze İraq Kürdüstan Regional Hökumətinin Baş naziri Məsrur Bərzani ilə görüş keçirib.
Hökumət administrasiyasının mətbuat xidmətindən verilən məlumata görə, görüşdə tərəflər arasında ticarət-iqtisadi əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub, investisiya sahəsində əlaqələrin gücləndirilməsi imkanları diqqət mərkəzində olub.
Açıqlamada bildirilir ki, görüş zamanı Gürcüstanın əlverişli coğrafi mövqeyi, Orta Dəhlizin artan əhəmiyyəti və ölkənin regional nəqliyyat-logistika mərkəzi kimi rolu xüsusi vurğulanıb.
Tərəflər, həmçinin sülh və sabitliyin iqtisadi əməkdaşlıq və regional inkişaf baxımından mühüm əhəmiyyət daşıdığını qeyd ediblər.
.
