
Son 35 ildə Gürcüstan dörd müharibə, doqquzillik suverenlik itkisi və avtoritar rejimdən keçib.
Bunu ölkənin Baş naziri İrakli Kobaxidze Müstəqillik Günündə keçirilən çağırışçıların andiçmə mərasimində deyib.
O qeyd edib ki, Gürcüstan azadlıq və demokratiyasını bərpa edərək Avropaya inteqrasiyanın möhkəm təməlini qoyub.
Baş nazir Gürcüstanın müstəqillik yolunda keçdiyi çətinlikləri xatırladıb. Onun sözlərinə görə, bu çətin dövrlərdə belə azadlıqsevər gürcü xalqının ruhu qalib gəlib: “Gürcüstan müstəqilliyini, azadlığını və demokratiyasını bərpa etdi ki, bu da bu gün ölkəmizin tərəqqisi, inkişafı və Avropa ailəsinə inteqrasiyası üçün möhkəm zəmin yaradır”.
İ.Kobaxidze əlavə edib ki, müstəqilliyin əsas düşməni nifrətdir.
"Bu gün Gürcüstanın bədxahları ölkədə gürcülər arasında nifrət yaymağa çalışırlar. Əgər biz nifrətə qalib gəlsək və sevgi bizi birləşdirsə, gürcü geninin qarşısında heç bir maneə dayana bilməz” - Baş nazir vurğulayıb.
.