ABŞ Prezidenti Donald Tramp Avropa İttifaqı ölkələrindən Vaşinqtonla ticarət sazişinin bağlanması şərti kimi Çindən idxal olunan mallara rüsumların artırılmasını tələb edir.

Bu barədə “The Wall Street Journal” (WSJ) qəzeti mənbələrə istinadən bildirib.

Onların məlumatına görə, Amerika Birləşmiş Ştatları Avropa İttifaqının Çinə iqtisadi təzyiq göstərmək üçün Amerika kampaniyasına qoşulmasında israr edir və Avropa ölkələrinin Çin mallarına yeni rüsumlar tətbiq etməsini istəyir. Lakin Çin Aİ-dən məhsul ixracı üçün vacib bazar olaraq qalır və blok Pekinlə ticarət müharibəsində maraqlı deyil. ABŞ Cənubi Koreya və Yaponiya da daxil olmaqla digər ölkələrlə ticarət danışıqlarında da Çinlə bağlı oxşar tələblər irəli sürür.

“The Wall Street Journal” həmçinin bildirir ki, Amerika lideri Aİ ilə ticarət danışıqlarının tempindən razı deyil, o hesab edir ki, müzakirələr kifayət qədər sürətlə irəliləmir. Amerikalı rəsmilər Avropalı həmkarları ilə görüşlərdə onlara Vaşinqtonun Aİ-nin həddən artıq ehtiyatlı yanaşmasından və ABŞ-nin narazılıqlarını aradan qaldırmağa yönəlmiş konkret təkliflərlə çıxış etmək istəməməsindən narazı olduğunu bildiriblər.

.