ABŞ Harvard ilə bütün maliyyə müqavilələrini ləğv etmək niyyətindədir.

Bu barədə AFP-yə yüksək rütbəli bir məmur məlumat verib.

“Tramp administrasiyası bu gün federal agentliklərə məktub göndərərək Harvard ilə hər hansı müqavilələri müəyyənləşdirmələrini, onların ləğvi və ya başqa yerə yönləndirilə biləcəyini soruşacaq”, - məlumatda qeyd edilib.

Qeyd edək ki, mayın 22-də Harvard Universitetinin tələbə və mübadilə proqramı sertifikatı ləğv edilib. ABŞ-ın federal məhkəməsi Tramp administrasiyasının Harvard Universitetinə xarici tələbələrin qəbulunu qadağan edən qərarını bloklayıb.

.