Rusiya Birləşmiş Ştatlara İrana mümkün hərbi zərbələrin yolverilməzliyinə dair mesaj ötürüb.

Bu barədə İsrailin dövlət yayım şirkəti "KAN", Moskva ilə Vaşinqton arasında aparılan danışıqlarda iştirak edən mənbələrə istinadla məlumat yayıb.

Mənbələrin bildirdiyinə görə, Rusiya tərəfindən göndərilən siqnal “təhdid deyil, mesaj xarakteri daşıyır” və məqsəd ABŞ Prezidenti Donald Trampı İrana qarşı hərbi əməliyyata qərar verməkdən çəkindirməkdir.

Eyni zamanda İsrail tərəfi hesab edir ki, ABŞ lideri İslam Respublikasına qarşı zərbə endirilməsi ilə bağlı qərarın qəbuluna çox yaxındır və bu addım istənilən an atıla bilər.

.