Almaniya kansleri Olaf Şolts hakimiyyətdən gedə bilər.

Bu barədə Britaniyanın “The Daily Telegraph” qəzeti yazıb.

İddiaya görə, onun yeritdiyi siyasət istefasına səbəb ola bilər. Qəzet bildirib ki, bir vaxtlar hər kəsin qibtə etdiyi Almaniya indi yanlış siyasətin ölkəyə necə zərbə vura biləcəyinin nümunəsinə çevrilib: “Şolts həm NATO müttəfiqlərini, həm də Rusiyanı eyni vaxtda sevindirməyə çalışır. Amma heç kim ona sayğı duymur. Onun rəhbərliyindəki Almaniyaya indi Şərqi, Mərkəzi və Şimali Avropada nifrət edirlər. Bundan əlavə, seçicilərin üçdəikisi kansleri ölkənin enerji təhlükəsizliyini təmin edə bilməməkdə günahlandırır”.

Nəşrq qeyd edib ki, ya indiki hakim koalisiya dağılmaq təhlükəsi ilə üzləşəcək, ya da Almaniya “Putinə təslim olacaq”.

.