
Radikal Fələstin HAMAS hərəkatının liderlərindən biri olan Mühəmməd Sinvarın meyiti Qəzza zolağının cənubunda yerləşən tunellərdən birində aşkar edilib.
Bu barədə "Al Hadath" telekanalı məlumat yayıb.
Mənbələrin bildirdiyinə görə, HAMAS-ın sabiq siyasi büro rəhbəri Yəhya Sinvarın qardaşı olan Mühəmməd Sinvar və daha 10 silahlının cəsədi Xan-Yunis şəhərinin altındakı tuneldə tapılıb.
HAMAS hərəkatı bu informasiyanı hələlik rəsmi şəkildə şərh etməyib.
.