Əfqanıstandakı “Taliban” hökuməti ABŞ Prezidenti Donald Trampın milyardlarla dollar dəyərində ABŞ silahlarının qaytarılması çağırışını rədd edir.
“Bloomberg” xəbər verir ki, bunu vəziyyətlə tanış olan mənbə bildirib.
Məlumata görə, söhbət 2021-ci ildə "Taliban"ın qələbəsindən sonra ABŞ hərbçilərinin Əfqanıstanda qoyub getdiyi 7 milyard dollardan çox dəyəri olan hərbi texnika və silahlardan gedir.
"Silahların qaytarılmasını tələb etmək əvəzinə, ABŞ İŞİD və onun qolları ilə mübarizə üçün “Taliban”a daha müasir silahlar verməli idi", - anonim qalmaq istəyən mənbə bildirib.
Daha əvvəl Tramp “Taliban” silah və texnikanı ABŞ-yə qaytarmasa, Əfqanıstana istənilən maliyyə yardımını dayandırmaqla hədələyib.
.