İtaliyanın Baş naziri Ciorcia Meloni ABŞ Prezidenti Donald Trampın Sülh Şurası təşəbbüsündə iştirakdan imtina edə bilər.
Bu barədə "Corriere della Sera" qəzeti yazır.
Buna səbəb kimi bu formatın İtaliya konstitusiyasının müddəalarına zidd olduğu göstərilir.
Nəşr qeyd edir ki, əsas maneə ölkənin sülh və təhlükəsizlik məsələləri ilə məşğul olan beynəlxalq təşkilatlarda iştirakına icazə verən (yalnız dövlətlərin bərabərliyi şərtilə) konstitusiya maddəsidir. Sülh Şurası isə ABŞ-nin dominant rolunu nəzərdə tutur və bu prinsipə uyğun gəlmir.
Nəticədə, bu və bir sıra digər məsələlər C.Melonini Şuraya qoşulmaqdan imtina etməyə yönəldir.
.
