İran ABŞ tərəfindən hücuma məruz qalacağı təqdirdə, ABŞ-ın region ölkələrindəki hərbi bazalarını hədəf alacağı ilə bağlı xəbərdarlıq edib.

 “Reuters“ə danışan anonim iranlı rəsmi İranın məsələ ilə bağlı region ölkələrinə xəbərdarlıq etdiyini bildirib.

“Tehran Səudiyyə Ərəbistanı və BƏƏ-dən Türkiyəyə qədər region ölkələrinin diqqətinə çatdırıb ki, ABŞ İrana hücum etsə, Vaşinqtonun bu ölkələrdəki hərbi bazaları vurulacaq”, - anonim mənbə qeyd edib.

Xatırladaq ki, bundan əvvəl İran parlamentinin sədri Məhəmmədbaqir Qalibaf da İrana hücum olacağı halda, ABŞ-ın regiondakı qüvvələrinin hədəfə alınacağını bəyan edib.

.