Fransa, Almaniya və Polşanın xarici işlər nazirləri Annalena Berbok, Jan-Noel Barro və Radoslav Sikorski ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampın yanvarın 20-də keçiriləcək andiçmə mərasimindən sonra Vaşinqtona səfər etməyi planlaşdırırlar.

Bu barədə “Politico” üç avropalı diplomata istinadən məlumat yayıb.

“Xarici siyasət idarələrinin rəhbərləri bununla Avropanın birliyini nümayiş etdirmək istəyirlər”, - qəzetin müsahibləri bildiriblər.

Səfərin tarixi hələ təsdiqlənməyib, detalları isə müzakirə olunur. Agentliyin məlumatına görə, Almaniya, Fransa və Polşa XİN başçılarını Avropa diplomatiyasının rəhbəri Kaya Kallas müşayiət edə bilər.

.