Beyrutda vəziyyət nisbətən sabitləşib iğtişaşlardan sonra nisbi sakitlik yaranıb, vəziyyət normallaşmağa başlayıb.

Bu barədə “Lebanon 24” telekanalı məlumat yayıb.

Etirazçılar paytaxt limanında baş verən partlayışla əlaqədar beynəlxalq araşdırma aparılmasını tələb edirlər. “Al Arabiya” telekanalı canlı olaraq yüzlərlə insanın paytaxtın bəzi küçələrində hələ də qaldığını göstərib. Nümayişçilər arasında çox sayda gənc, qadın və uşaqlar da var. Ancaq hər hansı iğtişaş və ya toqquşma müşahidə edilmir.

Qeyd edəki Livanın paytaxtı Beyrutda etirazçılar və təhlükəsizlik qüvvələri arasında baş verən toqquşmalarda xəsarət alanların sayı 728 nəfərə çatıb.

Bu haqda “Al Jazeera” telekanalı məlumat yayıb.

Bundan əvvəl 70-i polis əməkdaşları olmaqla 490 nəfərin xəsarət aldığı bildirilmişdi.

.