Aİ Şurası Ukraynaya 90 milyard avro məbləğində kredit verilməsini təmin edəcək qanunvericilik aktları paketini 24 fevralda yekun olaraq təsdiqləyəcək.

Bu barədə "Evropeyskaya Pravda" Aİ-nin yüksək səviyyəli diplomatına istinadən məlumat yayıb.

"Biz 24 fevralda Aİ Şurasının ümumi məsələlər üzrə iclasında bu qanunvericilik aktları paketinin qəbul edilməsini gözləyirik", – diplomat qeyd edib.

O, həmçinin əlavə edib ki, qərarın qəbul edilməsi üçün Aİ üzv ölkələrinin sadəcə səs çoxluğu lazımdır.

"Ukrayna bu maliyyə vəsaitlərini artıq bu ilin ikinci rübündən alacaq", – o əlavə edib.

.