Bazar ertəsi ABŞ-nin Yaponiyanın cənubundakı Okinava prefekturasında yerləşən “Kadena” aviabazasında partlayış baş verib.

Yenizaman-ın "Reuters"ə istinadən verdiyi məlumata görə, insident Yaponiyanın özünümüdafiə qüvvələrinin idarə etdiyi obyektdə qeydə alınıb.

Yerli hakimiyyət orqanları hadisənin partlamamış hərbi sursatların müvəqqəti saxlandığı yerdə baş verə biləcəyini istisna etmir.

NHK mümkün zərərçəkənlər barədə məlumat verib, lakin onların dəqiq sayı və xəsarətlərinin ciddiliyi hələ dəqiqləşdirilməyib.

Hadisənin səbəbi də dəqiq məlum deyil.

.