ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi Hindistanın ən iri dövlət neft-qaz korporasiyası ONGC-yə Venesuelanın neft sənayesinə investisiya yatırmağa lisenziya verib.
“The Times of India” qəzetinin məlumatına görə, lisenziya ONGC-nin Venesueladakı fəaliyyətini genişləndirməsinə, ölkədə neft hasilatında iştirak etməsinə və bu sahədə ikitərəfli əməkdaşlıq üzrə müqavilələr bağlamasına imkan verir. Bu əməkdaşlıq əvvəllər Karakasa qarşı ABŞ sanksiyaları ilə məhdudlaşdırılıb.
“İndi Venesueladakı ABŞ sanksiyaları ilə bağlı risklərin qarşısını aldığı layihə üzrə çalışmaq üçün tam sərbəstliyimiz var. Hazırda bu risklər geridə qalıb”, - ONGC-nin maliyyə direktoru Anupam Agarval nəşrə bildirib.
Onun sözlərinə görə, ABŞ lisenziyası korporasiyaya Venesueladakı layihələrə investisiyaları idarə etməyə və onlardan artıq əldə etdiyi 500 milyon dollar məbləğində dividendləri almağa imkan verəcək.
“ONGC təsdiqlənmiş neft ehtiyatlarının həcmi 303 milyard barel qiymətləndirilən Venesuela ilə əməkdaşlığın inkişafına böyük maraq göstərir”, - Anupam Agarval bildirib.
.
