Avropa İttifaqı Qrenlandiyanın gələcəyi ilə bağlı ABŞ-a təzyiq göstərmək üçün iqtisadi sanksiyalara, ticarət rüsumlarına və ya ərazisindəki ABŞ hərbi bazalarını bağlamaq təhdidinə əl ata bilər.

Bu barədə “The Economist” jurnalı mənbələrə iistinadən məlumat yayıb.

Məlumata görə, Vaşinqtonun Ramstein kimi Avropa hərbi bazalarına çıxışı olmadan hərbi gücünü Afrika və Yaxın Şərqə yönəltməsi olduqca çətin olacaq.

Məsələn, Venesuela sahillərində neft tankerlərinin son ələ keçirilməsinin uğuru birbaşa Britaniya hərbi aerodromlarındakı resurslara çıxışdan asılı idi.

Jurnal qeyd edir ki, ABŞ ilə qarşıdurma ehtimalı azdır, çünki bu, AB-nin Amerika qoşunlarından və hərbi-sənaye kompleksindən asılılığı səbəbindən hərbi xərclərini sürətlə artırmasını tələb edəcək.

Bundan əlavə, ticarət müharibəsi AB büdcələrinə böyük yük yaradacaq.

.