Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Rusiyaya qarşı 20-ci sanksiyalar paketinin təsdiqlənəcəyindən əmindir.

Kallas fevralın 23-də Rusiyaya qarşı 20-ci sanksiyalar paketini qəbul edəcəklərini bəyan edib.

“Bazar ertəsi Rusiyaya qarşı 20-ci sanksiyalar paketini qəbul edəcəyik”, - o deyib.

Qeyd edək ki, “Reuters” Aİ ölkələrinin səfirlərinin bu gün Brüsseldə Rusiyaya qarşı növbəti - 20-ci sanksiyalar paketini razılaşdıra bilmədiyinə dair məlumat yayıb.

.