Ermənistanda iş adamı Samvel Karapetyanın tərəfdarları "Güclü Ermənistan" adlı yeni siyasi partiyanı qeydiyyatdan keçiriblər.
Yenizaman Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə Ermənistanın dövlət reyestrinin məlumatlarında bildirilib.
Yeni partiya Samvel Karapetyanın ailəsi tərəfindən yaradılmış "Bizim yolumuz" hərəkatı əsasında yaradılıb. Karapetyanın özü hazırda ev dustaqlığındadır.
Partiya dekabrın 8-də təsis olunub və əvvəlcə "Erməniyönümlü" adlandırılıb. 2026-cı il yanvarın 16-da adı "Güclü Ermənistan" olaraq dəyişdirilib.
Xatırladaq ki, Karapetyan Ermənistanda hakimiyyətin devrilməsinə çağırışlar və maliyyə fırıldaqçılığı ittihamları üzrə həbs edilib.
Yanvarın 17-də Ermənistanda Korrupsiyaya qarşı Mübarizə üzrə Apellyasiya Məhkəməsi iş adamını girov və ölkədən çıxmamaq haqqında iltizam tətbiq edərək ev dustağına qaytarmaq qərarına gəlib. Məhkəmə həmçinin onun ictimai çıxışlara qoyulan məhdudiyyətini də aradan qaldırıb.
.
