Azərbaycan, Türkiyə və Rusiya liderləri arasında çox gözəl münasibətlər var. Bu da üç ölkənin baş prokurorları arasında yaxşı münasibət qurmağımıza imkan verir.

Bunu Azərbaycanın Baş prokuroru Kamran Əliyev Moskvada səfərdə olarkən Türkiyənin “Sabah” qəzetinə müsahibəsində bildirib.

O qeyd edib ki, münasibətlərin yaxşı olması sevindirici haldır: “Lakin biz bununla kifayətlənməməli və münasibətlərin daha da genişlənməsi istiqamətində əlimizdən gələni etməliyik. Rusiya da, Türkiyə də bizim qonşumuzdur. Bizim burada (Moskva) çox səmərəli görüşlərimiz oldu. Belə tədbirlərdə yeni dostluqlar qazanırıq. Bu da bizim fəaliyyətimizdə çox əhəmiyyətlidir”.

.