
Avropa artıq Rusiya qazından asılılığını ciddi şəkildə azaldıb.
Bu barədə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas "X" hesabında yazıb.
Onun sözlərinə görə, iyunun 17-də Avropa Komissiyası 2027-ci ilin sonunadək Rusiya qazının idxalının qadağan olunması təşəbbüsü ilə çıxış edib.
“İndi isə biz kranı birdəfəlik bağlayırıq”, – deyə o bildirib.
.