Türkiyənin İzmir vilayətinin Karaburun rayonunda meşəlik ərazidə yanğın başlayıb.

Bu barədə "NTV" məlumat yayıb.

Məlumata görə, hazırda yanğının məhdudlaşdırılması üçün havadan və qurudan mühafizə tədbirləri görülür.

Yanğının məhdudlaşdırılması üçün əraziyə 2 təyyarə, 6 helikopter, 14 su maşını, 4 su təchizatı maşını və digər texnikalar cəlb olunub.

.