Macarıstan alimlərinin apardığı son araşdırma sübut edir ki, itlər də sözlərin və intonasiyanının mənasını başa düşə bilir. Üstəlik də bu proses zamanı onların beyninin aktiv olan hissələri eynilə insanlarda olduğu kimidir. Budapeştli alim Atilla Adkins deyir: 

"İnsanın nitqi beynində işləmə prosesi zamanı hansı bölgələrə daha çox təzyiq etdiyi alimlərə yaxşı bəllidir. Beynin sol yarımkürəsi sözlərin tanınması, sağ yarımkürəsi isə intonasiyanın müəyyən edilməsinə görə cavabdehdir."  

Nitq zamanı itlərin beynindəki aktivlik MRT skanlama edildikdən sonra müəyyən edilib ki, eyni koqnitiv hissə itlərdə də mövcuddur.

"İnsan beyni nə və necə danışdığımızı təhlil etməklə qalmır, həm də bu iki fərqli məlumatı birləşdirərək, ümumi nəticəyə gəlir. Bizim gəldiyimiz nəticələr göstərir ki, itlərin də beyni buna çox oxşar mexanizmlərdən istifadə edir."

Tədqiqat əsnasında 13 it öz məşqçilərinin səsini fərqli kombinasiya və intonasiyada olmaqla dinləyiblər. Bu nitqləri bəzisi tərif, digəri isə danlamadan ibarət olub. İtlər eyni tərifi həm neytral, həm də fərqli intonasiya ilə dinləyiblər. Onların beynindəki aktivlik müəyyən edir ki, sözlərin mənasını intonasiyadan asılı olmayaraq da başa düşürlər. Alimlər iddia edir ki, itlər də insanlarda olduğu kimi beyinlərinin sol yarımkürəsini sözləri, sağ yarımkürəsini isə intonasiyanı müəyyən etmək üçün istifadə edirlər. 

Lakin bir digər məqam da intonasiya ilə bağlıdır. İtlər sözlərinizi başa düşsə də, onların beynindəki "mükafatlandırma sistemi"ni məhz düzgün intonasiyanız işə salır. Bu o deməkdir ki, əgər itinizin özünü xoşbəxt hiss etməsini istəyirsinizsə, sözlərinizə hissiyyat və gözəl intonasiya əlavə etməlisiniz. 

"Tərif itiniz üçün mükafat deməkdir. Lakin bu mükafat ən yaxşı halda intonasiya ilə çatdırılır. Çünki sözlərin mənası ilə danışıq tərzi üst-üstə düşür," - deyə, alim əlavə edir. 

.