İtaliyanın Brindizi limanında əvvəl Novorossiyskə səfər etmiş bir gəmi və içərisindəki 33 min ton metal yükü həbs edilib.

Bu barədə İtaliya Maliyyə Qvardiyasının mətbuat xidməti məlumat yayıb.

Kiçik okean adası ölkələrindən birinin bayrağı altında üzən gəmi Rusiyadan metal yükü ilə yaxalanıb. Yoxlama zamanı məlum olub ki, gəmi 13-16 noyabr tarixlərində Novorossiysk limanında olub.

Həbsin səbəbi Avropa İttifaqının Ukrayna müharibəsi ilə əlaqədar Rusiyaya idxal və ixracı qadağan edən sanksiyalarıdır.

.