İtaliyanın 14 əyalətində Kalabriyanın "Ndranqeta" mafiyasına qarşı genişmiqyaslı əməliyyat çərçivəsində 97 nəfər həbs edilib.

Bu barədə EFE agentliyi məlumat yayıb.

"Millennium" kod adlı əməliyyata Reco-di-Kalabriya əyalətinin Mafiyaya qarşı Mübarizə İdarəsi rəhbərlik edir, əməliyyatda Kalabriya, Siciliya polisi və xüsusi təyinatlı qüvvələri, eləcə də beynəlxalq polis strukturlarının nümayəndələri iştirak edirlər. Həbs edilənlər mafiya təşkilatına üzvlükdə, narkotik vasitələrin ticarətində, adam oğurluğunda, siyasətçilərə təsir göstərməkdə və qanunsuz silah saxlamaqda ittiham olunurlar", - Reco-di-Kalabriya hərbi polisindən bildirilib.

Bundan əlavə, cinayətkar fəaliyyətə logistika dəstəyinin göstərilməsi və çirkli pulların yuyulması üçün istifadə edildiyi ehtimal olunan iki müəssisənin fəaliyyəti ilə bağlı araşdırma başlanılıb.

.