İtaliyanın xarici işlər naziri Antonio Tajani Avropa İttifaqının (Aİ) öz ordusunun yaratmağının vacib olduğunu deyib.

O, bu barədə İtaliyanın “La Stampa” qəzetinə müsahibəsində danışıb.

Nazirin sözlərinə görə, bu, Avropada sülhün qorunması və münaqişələrin qarşısının alınması üçün vacibdir.

Onun fikrincə, vahid ordu Avropa xarici siyasətini həyata keçirə bilmək üçün fundamental ilkin şərtdir.

.