Əgər tərəflər istəsə, İsveçrə Rusiya prezidenti Vladimir Putinlə ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Ukrayna böhranının həlli ilə bağlı görüşünə ev sahibliyi etməyə hazırdır.
Bu barədə “Le Temps” qəzeti İsveçrə Xarici İşlər Nazirliyinin informasiya xidmətinin rəhbəri Nikolas Bidaultya istinadən yazıb.
“Bürgenştok sammitindən sonra Ukrayna, Rusiya və ABŞ sülhün bərqərar olması üçün istənilən diplomatik səyləri dəstəkləməyə hazır olduğumuz barədə mütəmadi olaraq məlumatlandırılıblar”, - deyə o qeyd edib.
Eyni zamanda qəzet yazıb ki, İsveçrə hakimiyyəti bu məsələdə təşəbbüs göstərməyəcək. Belə ki, konfederasiya iki lider arasında görüş keçirməyə hazır olan ölkələrin siyahısından sadəcə biridir.
.