İstanbulun "Reina" klubuna silahlı hücum nəticəsində yaralanan iki azərbaycanlıdan birinin adı məlum olub. Türkiyənin Səhiyyə Nazirliyindən verilən məlumata görə, yaralılardan biri Günel Həsənovadır. Qeyd olunur ki, yaralı Hasaki Eğitim Araşdırmalar Xəstəxanasına yerləşdirilib.
Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Hikmət Hacıyevin verdiyi məlumata görə, yaralı qadının vəziyyəti qənaətbəxş olduğuna görə, o artıq xəstəxanadan evə buraxılıb.
Qeyd edək ki, ynvarın 1-nə keçən gecə İstanbulda törədilən terror aktı nəticəsində 39 nəfər ölüb, 69 nəfər yaralanıb.
Azərbaycanın Türkiyədəki Baş Konsulluğundan verilən məlumata görə, yaralılar arasında biri kişi, digəri isə qadın olmaqla 2 azərbaycanlı da var. /Report/
.