Türkiyənin İstanbul şəhərində terror aktı planlaşdıran İnqilabçı Xalq Qurtuluş Partiyası-Cəbhəsinin (terrorçu təşkilat kimi tanınır -red.) dörd üzvü saxlanılıb.

Yenizaman "A Haber"ə istinadən xəbər verir ki, sözügedən şəxslər Türkiyə xüsusi xidmət orqanlarının keçirdiyi əməliyyat zamanı müəyyənləşib.

Kəşfiyyat tədbirləri ilə şübhəlilərin İstanbulda təşkilatın qeyri-qanuni strukturlarında fəaliyyət göstərdikləri ortaya çıxıb. Onların şəhərin müxtəlif kritik nöqtələrində silahlı və bombalı hücum həyata keçirməyə hazırlaşdıqları bildirilib.

Hazırda faktla bağlı araşdırma aparılır.

.