İstanbulda tarixi Gülhane parkında çayxana divarının uçması nəticəsində 2 nəfər həyatını itirib, 5 nəfər yaralanıb.
"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb. 
Məlumata görə, daha iki nəfər hələ də dağıntı altındadır.
Hadisəyə səbəb torpağın sürüşməsi göstərilir.
Qeyd edək ki, bu parkın açılışı 1912-ci ildə olub. Park İstanbulun Fatih rayonunun Eminönü istiqamətində yerləşir. 
.