İstanbuldakı gecə klubunda 39 nəfərin ölümü, 69 nəfərin yaralanması ilə nəticələnən terrorun baş verdiyi anlar kameralara düşüb.
Naməlum silahlı şəxs yerli vaxtla 01.15 radələrində Ortakoy rayonunda yerləşən Reina gecə klubuna yaxınlaşaraq, girişdə duran polis əməkdaşını və mülki şəxsi qətlə yetirib, sonra isə içəri daxil olaraq oradakı insanlara atəş açıb.
Hücum zamanı gecə klubunda 600-dək insan Yeni il bayramını qeyd edirmiş.
Qeyd edək ki, ölənlərdən 16-ı başqa ölkələrin vətəndaşı olduğunu açıqlanıb.

.