
İsrailin Qəzzaya humanitar yardım aparan Qlobal Sumud Flotilyasında saxladığı türkiyəli deputatlar Azərbaycana gətirilir.
Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçeli bildirib.
Onun sözlərinə görə, üç deputat Türkiyəyə gətirilmək üçün Azərbaycana yola salınıb.
XİN rəsmisi qeyd edib ki, digər Türkiyə vətəndaşları üçün rəsmi Ankaranın fəaliyyəti davam edir.
Qeyd edək ki, İsrailin saxladığı Qlobal Sumud Flotilyasının iştirakçıları arasında Türkiyə Böyük Millət Məclisinin (TBMM) üç deputatı da olub.
.