
İsrail Müdafiə Ordusu (ÇAXAL) öz qoşunlarının bir hissəsini Misir və İordaniya ilə sərhədləri möhkəmləndirmək üçün Qəzza zolağından çıxarıb.
Yenizaman-ın The Times of Israel-ə istinadən məlumatına görə, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
ÇAXAL-dan bildiriblər ki, İranla münaqişəyə baxmayaraq, ordu HƏMAS qruplaşmasının döyüşçülərinə qarşı Qəzza zolağında döyüş əməliyyatlarını davam etdirir.
Qeyd olunur ki, ÇAXAL, həmçinin Livan və Suriya tərəfindən potensial təhdidlərdən müdafiə olunmağı davam etdirir.
.