İŞİD terror qruplaşması son 14 ayda Suriya və İraqda nəzarət etdiyi ərazilərin 22%-ni itirib.
Yenizaman.az BBC-yə istinadən xəbər verir ki, bu barədə IHS analitik agentliyinin araşdırmalarının nəticələrində məlumat verilir.
Şirkətin ekspertlərinin hesablamalarına görə, İŞİD eyni dövrdə həmçinin əsası neft satışından formalaşan gəlirlərinin 40%-ni də itirib.
Analitik agentliyin əvvəlki qiymətləndirilməsi ilə müqayisədə qondarma "İslam Dövləti"nin nəzarəti altında olan ərazi 8% azalıb.
.
