Avstraliya vətəndaşı olan 16 yaşlı şagird İŞİD-ə pul göndərməkdə günahlandırılır.
"Qafqazinfo” xəbər verir ki, gənc qız "terror maliyyələşdiricisi” damğası ilə 25 ilə qədər həbs edilə bilər.
Yerli mətbuata adı hələ ki, açıqlanmayan qızın Suriyadakı İŞİD qruplaşmasının hesabına "Western Union” vasitəsilə minlərlə dollar göndərdiyi aşkar edilib.
Qız və onun ortağı olan oğlan polisin keçirdiyi əməliyyatda həbs edilib. Qızın ortağı olaraq adı keçən Milad Ataünün 2014-cü ilin sentyabrında Avstraliyanın ən böyük terror əməliyyatında tutulduğu barədə məlumatlar da var.
.
