"Avropa Paris hücumlarından dərs almadı, buna görə də Brüsseli hədəf seçdik. Növbəti terrorlar gələcək”.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu sözlər İŞİD terror təşkilatının internetdə yerləşdirdiyi videoda deyilir.
Videoda təşkilatın hollandiyalı üzvü Hiçam Çaib başda Belçika olmaqla İŞİD-ə qarşı əməliyyatlara dəstək verən bütün Avropa ölkələrini xəbərdar edib. Barəsində həbs qərarı olan terrorçu Brüsselə terror hücumundan danışaraq avropalıları hədələyib. O, " yalnız terrorun "dadına" baxırsınız" söyləyib.
.