Rusiyanın İrkutsk şəhərində spirtli içkidən ölənlərin sayı artır.
APA-nın xəbərinə görə, şəhərin Lenin rayonun prokuroru Stanislav Zubovski RİA "Novosti" agentliyinə bildirib ki, ölənlərin sayı 26 nəfərə yüksəlib, 40 nəfər isə xəstəxanalara yerləşdirilib.
Şəhərdə 40-dək satış nöqtəsində "Boyarışnik" içkisinin satıldığı müəyyənləşdirilib.
Zəhərlənməyə səbəb olan spirtli içini yayan iki nəfər artıq tutulub.
Xeyli miqdarda məhsul qeyri-qanuni dövriyyədən çıxarılıb.
***
saat 11.06
Rusiyanın İrkutsk şəhərində spirtli içkidən zəhərlənərək ölənlərin sayı 19-a çatıb, 40 nəfər isə xəstəxanada həkim nəzarəti altındadır.
APA-nın xəbərinə görə, bu barədə RİA "Novosti” Rusiya İstintaq Komitəsinin İstintaq İdarəsinə istinadən məlumat yayıb.
Hadisə ilə bağlı Prokurorluq, Səhiyyə Nazirliyi, Daxili İşlər Nazirliyi xətti ilə təhqiqat aparılır.
Məlumatda bildirir ki, müayinə zamanı spirtli maddənin tərkibində metanol aşkar edilib.
**
06:49
Rusiyanın İrkutsk şəhərində spirtli içkidən zəhərlənərək ölənlərin sayı 14 nəfərə çatıb.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bundan əvvəl 8 nəfərin öldüyü bildirilirdi.
Son məlumata əsasən, gecə saatlarında xəstəxanalarda daha 6 nəfər dünyasını dəyişib. Ümumilikdə, zəhərlənmə əlamətləri ilə xəstəxanalara 37 nəfər çatdırılıb.
Ölən şəxslərin yemişan tərkibli spirtli içkidən zəhərləndikləri ehtimal edilir. Faktla bağlı araşdırma aparılır. Faktla bağlı araşdırma aparılır. Hüquq-mühafizə orqanları spirtli içkilərin satıldığı ticarət obyektlərində yoxlama aparır.
.
