Rusiyanın İrkutsk vilayətində spirt tərkibli "Boyarışnik” içkisindən zəhərlənənlərin sayı 117-ə çatıb.
Yenizaman.az yerli KİV-ə istinadən xəbər verir ki, Rusiya Səhiyyə Nazirliyi ümümilikdə bu içkiylə bağlı 117 nəfərin xəstəxanaya müraciət etməsi barədə açıqlama yayıb. Xəstəxanaya gətirilənlərin əksəriyyəti koma vəziyyətində olublar. Xəstələr içkini qəbul etdikdən 24 saat sonra özlərini pis hiss etdiklərini deyiblər.
Artıq məsələylə bağlı cinayət işi açılıb. İçkini qanunsuz istehsal edən sex aşkarlanıb, 12 nəfər həbs edilib.
.
